Modern.az

“Planlarımız vardı, pandemiya imkan vermədi” - Fərid Şəfiyev

“Planlarımız vardı, pandemiya imkan vermədi” - Fərid Şəfiyev

Aktual

24 Yanvar 2022, 10:30

"Bizim bir sıra planlarımız vardı. Amma təəssüflər olsun ki, pandemiya dövrü buna imkan vermədi"

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə
Heyətinin sədri Fərid Şəfiyev “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən təlimdə deyib.


"Düzdür, biz resurslarımızı internet vasitəsilə 3 dildə bölüşürdük. Mən səfirliklərlə əlaqədə olduğum vaxt ərzində görürdüm ki, bizim mediada əskikliklər var. Müəyyən dövrdə problemlər yaranıb. Mənə xarici səfirlər bildirdi ki, Brüssel, Soçi görüşlərini Azərbaycan jurnalistlərindən oxuyaq. Amma bu bizdə azdır. Eynilə Qazaxıstan hadisələri də buna daxildir. Belə materialların az olmasını müşahidə edirik. Xarici səfirlər bizim materialları oxuyur, ona görə də materiallara diqqət etmək lazımdır", - deyə F.Şəfiyev vurğulayıb.

 

Onun sözlərinə görə, dövlət qurumları bəzən jurnalistlərin suallarını vaxtında cavablandırmır:

 

"Bu problemlər aradan qaldırılmalıdır. Ümid edirik ki, qurumlara müvafiq tapşırıqlar verilib. Bu, jurnalistikanın fəal inkişafına şərait yaradacaq".

 

F.Şəfiyev daha sonra Qazaxıstanda baş verən hadisələrə toxunub: "Qazaxıstanda baş verən hadisələr daxili idi. Mən Qazaxıstana bununla bağlı zəng etdim. Onlar mənə baş verən hadisələri şərh etdilər. Amma Rusiya və Ermənistan mətbuatı Turan məsələsini qaldırırdılar. Mediaya baxdıqda görünürdü ki, biz də bu prizmadan baxırdıq. Bu, yanlışdır. Bizim üçün əsas milli maraqlar üstün olmalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı