Modern.az

Bərdə sakini kəndlisini GÜLLƏLƏDİ

Bərdə sakini kəndlisini GÜLLƏLƏDİ

Aktual

24 Yanvar 2022, 10:33

Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb.


Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb. Hazırda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı