Modern.az

“Peşəkarlığı daha da artırmaq lazımdır” - MEDİA rəhbəri

“Peşəkarlığı daha da artırmaq lazımdır” - MEDİA rəhbəri

Aktual

24 Yanvar 2022, 10:34

“Media sahəsini təhlil edərkən boşluqları biz də görürük. Müharibədən sonra fəaliyyəti, peşəkarlığı daha da artırmaq lazımdır”.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən təlimdə deyib.

 

“Əslində jurnalistlərin müharibə dövründə cəsurluğu göz qabağındadır. Amma hər bir jurnalistin mediaya düzgün yanaşması lazımdır. Bəzi jurnalistlərimiz məlumat qıtlığı ilə qarşılaşır. Ona görə də bunun üzərində işləməliyik. Bizim qurumun yaradılmasının səbəblərindən biri də ixtisaslaşmış jurnalistlərin sayının artırılmasıdır”,- deyə MEDİA rəhbəri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı