Modern.az

Bağlı qalmış 8 cinayətin üstü AÇILIB

Bağlı qalmış 8 cinayətin üstü AÇILIB

Aktual

24 Yanvar 2022, 11:01

Bağlı qalmış 8 cinayət işinin açılması təmin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirib.

 

K.Əliyev qeyd edib ki, əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədi ilə Baş Prokurorluğun İstintaq idarəsində prokurorluq,daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılıb:

 

"Birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı