Rusiya prezidenti Vladimir Putin övladlığa uşaq götürməni qadağan edən qanun layihəsini təsdiq edib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, sözügedən qanun layihəsinə görə, Rusiyada uşaqların aamerikalılara övladlığa verilməsi dövlət səviyyəsində qadağan edilib.
Rusiyalı ekspertlərin fikrincə, qalmaqallı qanun layihəsinin rəsmən təsdiq edilməsindən sonra ABŞ və Rusiya arasında münasibətlər daha da gərginləşəcək.
UNICEF-in məlumatına görə, hazırda Rusiyada 740 mindən çox kimsəsiz uşaq yaşayır. Ümumilik də isə son 20 ildə Rusiyadan ABŞ-a 60 mindən çox uşaq övladlığa verilib.
Anar