Ali Neft Məktəbində tələbələrin özünüidarəetmə qurumu yaradılıb. Quruma sədrin seçilməsi üçün səsvermə aparılır. Modern.az-ın məlumatına görə, bu gün Ali Neft Məktəbində tələbələrin özünüidarəetmə qurumuna sədr seçiləcək.
Bu gün keçirilən tədbirdə gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, millət vəkili Ceyhun Osmanlı, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib. Onlar çıxış edərək məktəbdə yaradılan tələbələrin özünüidarəetmə qurumunun əhəmiyyətindən danışıblar. Nazir müavini İntiqam Babayev çıxış edərək bildirib ki, belə bir qurumun yaradılması yeni yaranmış təhsil ocağı üçün uğurlu bir addımdır. Millət vəkili Ceyhun Osmanlı isə Ali Neft Məktəbinin yaradılmasının prezidentin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin məhsullu adlandırdı. O, bildirib ki, elə bu səbəbdən də Azərbaycan bu ali məktəbin tələbələrdən gözlədiyi missiyalar çoxdur.