Modern.az

Ermənistanın yeni prezidenti bu şəxs ola bilər

Ermənistanın yeni prezidenti bu şəxs ola bilər

Aktual

26 Yanvar 2022, 15:23

Ermənistanın hakim “Mülki müqavilə” partiyası prezidentliyə namizədlə bağlı qərar verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, partiyanın prezidentliyə namizədi baş nazir aparatının rəhbəri, keçmiş mədəniyyət və idman naziri Arayik Arutyunyan seçilib.

 

Nəşr qeyd edir ki, məhz bu qərara görə, hazırda kadr dəyişiklikləri aparılır. O cümlədən, Nairi Sarkisyan baş nazirin köməkçisi vəzifəsindən azad edilib. 

 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nairi Sarkisyanın hökumət başçısının köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Arayik Arutyunyan 2021-ci ilin yayında Ermənistanın baş nazirinin aparat rəhbəri təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı