Modern.az

Ankara Rusiya-NATO dialoqunu davam etdirəcək

Ankara Rusiya-NATO dialoqunu davam etdirəcək

Aktual

27 Yanvar 2022, 16:15

Ankara Moskvanın təhlükəsizlik tələbinə alyansın cavabından sonra Rusiya-NATO dialoqunu davam etdirmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

"Bildiyiniz kimi, Rusiya tərəfi ABŞ və NATO-ya öz təklif və tələblərini yazılı şəkildə göndərib. Öz növbəsində, onlar da yazılı cavab veriblər. Hər biri razılaşmanın mümkün və qeyri-mümkün olduğu məqamları açıqlayıb. Biz bu dialoqun davam etməsini istəyirik. Problemlər iki görüş və ya məktubla həll olunmayacaq”,- XİN rəhbəri əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı