Modern.az

İstanbulda bütün uçuş-enmə zolaqları açılıb

İstanbulda bütün uçuş-enmə zolaqları açılıb

Aktual

27 Yanvar 2022, 16:24

İstanbul Hava Limanında davam edən qarla mübarizə tədbirləri nəticəsində bütün uçuş-enmə zolaqlarının uçuşlara açıldığı və bu gün 755 reys gözlənildiyi açıqlanıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güclü qar səbəbindən bütün uçuşların dayandırıldığı İstanbul Hava Limanında mərhələli şəkildə başlayan uçuşlar bu gün də artırılıb.

 

İstanbul Hava Limanı operatoru İGA, bütün uçuş-enmə zolaqlarında qar təmizləmə işlərinin tamamlanaraq xidmətə verildiyini açıqlayıb. Uçuş zolağının açılması ilə bu gün cəmi 755 səfər planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...