Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərində olan Azərbaycan cüdoçularından 5 nəfər koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.
Bildirilib ki, yoluxanların sayı yenə arta bilər.
Turnirdə iştirak edən digər komandaların da heyətində yoluxmalar var.
Azərbaycan Cüdo Federasiyasından isə bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.