Modern.az

Bu il 150 min evə internet çəkiləcək

Bu il 150 min evə internet çəkiləcək

Aktual

27 Yanvar 2022, 18:43

Bu il 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışını təmin etməyi hədəfləmişik.

 

Modern.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil etdiyi seminarda nazir müavini Rövşən Rüstəmov deyib.

 

O bildirib ki, ötən il bu rəqəm 40 min olub. “Bizim hədəfimiz həm də ölkənin hər bir yerinin yüksəksürətli internetə çıxışını təmin etməkdir. Bu isə minimum 25 m/bit saniyədir”, - deyə nazir müavini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı