Modern.az

Ukraynanı təmsil edən azərbaycanlı qızıl medal qazandı

Ukraynanı təmsil edən azərbaycanlı qızıl medal qazandı

Aktual

31 Yanvar 2022, 23:43

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov Xorvatiyada keçirilən yarışda qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Yunan-Roma Güləşi Federasiyası məlumat yayıb.

 

Həmyerlimiz “Grand Rrix Zagreb Open 2022” turnirində 72 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyərək, çempion olub.

 

Xatırladaq ki, P.Nəsibov Tokioda keçirilən Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanıb. Onun qələbəsi Ukrayna hökuməti tərəfindən yüksək qiymətləndirilib. Güləşçi pul mükafatı, medal və mənzillə təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır