Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Modern.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror E. Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1948-ci il təvəllüdlü Tahir Tağıyev E.Hüseynov tərəfindən evdə qətlə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşının qaynıdır. Ehtiyatda olan polkovnik T.Tağıyev Binəqədi rayonunda polis rəisi olub.