Modern.az

İranda daha 50 nəfər koronavirusdan öldü

İranda daha 50 nəfər koronavirusdan öldü

Aktual

1 Fevral 2022, 15:36

İranda ötən sutka ərzində 50 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ölkədə virusdan ölənlərin sayı 132 504 nəfərə yüksəlib.

 

Bundan əlavə, İranda son 24 saat ərzində 35070 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6408244 nəfərə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı