Modern.az

Ləman Şərifova “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçildi

Ləman Şərifova “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçildi

Aktual

1 Fevral 2022, 15:45

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova növbəti dəfə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib. O, 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə bu ada layiq görülüb.

 

Modern.az xəbər verir ki, L.Şərifovaya təltifnamə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ATGTİ tərəfindən keçirilən və 2 fevral - Gənclər Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının I Strateji Planlaşdırma Forumu” zamanı təqdim edilib. 

 

Qeyd edək ki, BMU-nun TGT sədri 2020-ci ildə də “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilib.

 

2016-cı ilin fevral ayından fəaliyyət göstərən BMU TGT tələbələrin özlərinin idarəetmə orqanıdır. Qurumun əsas məqsədi tələbələrin hüquqlarının qorunması, maarifləndirilməsi və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...