Modern.az

Bayraq meydanında ağacları qəsdən kəsiblər

Bayraq meydanında ağacları qəsdən kəsiblər

Aktual

1 Fevral 2022, 16:08

“Balakəndə Bayraq Meydanında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb".

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin rəsmi feysbuk hesabında canlı yayımlanan “Ekspert saatı”nda məlumat verib.

 

O bildirib ki, muzey binasının arxasında çoxillik 11 qovaq ağacı həlqəvəri soyulub:

 

“Bu da həmin ağacların gələcək inkişafını dayandırır. Hadisənin qəsdən edildiyi məlum olub. Təbiətə dəyən ziyanın məbləği 35 min manatdan çoxdur. Bu da cinayət tərkibli olduğuna görə, izahatlar alınacaq və sənədlər toplanaraq yaxın zamanlarda prokurorluq orqanlarına təqdim ediləcək”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV