Modern.az

“Zelenski bildirdi ki, hara desəniz, gələrəm” - Ərdoğan

“Zelenski bildirdi ki, hara desəniz, gələrəm” - Ərdoğan

Aktual

4 Fevral 2022, 14:25

“Ukrayna ilə Rusiya münasibətlərində gərginlik getdikcə artır. Bu vəziyyətə görə təəssüf edirik”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

 

Ərdoğan Türkiyənin Ukraynanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstək verdiyini söyləyib:

 

“Gərginliyin azaldılması üçün lazımi dəstəyi verməyə hazır olduğumuzu Zelenskiyə xüsusilə bildirdik. O da “nə üstünə düşürsə, bunu etməyə hazır olduğunu, mənə telefon etdiyiniz andan, iki gün sonra, nə desəniz, haraya desəniz, mən oraya gələrəm” dedi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı