Modern.az

Teleqramın işində problem yarandı

Teleqramın işində problem yarandı

Aktual

7 Fevral 2022, 13:50

Teleqram mesencerinin işində problem yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Downdetector” saytının məlumatında yer alıb.

 

Məlumata görə, Bakı vaxtı ilə 12:55-də 186 şikayət qeydə alınıb. Belə ki, istifadəçilərin 41%-i tətbiqetmə, 32% serverə qoşulmaq, 27% isə mesaj göndərilməsi ilə bağlı problemdən şikayət edib.

 

Sözügedən problemlə Rusiya, Ukrayna, Belarus, Almaniya və bir sıra digər ölkədən olan istifadəçilər üzləşib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!