“Keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya ittifaq dövlətinə qoşula bilər”.
Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko yerli KİV-ə müsahibəsində deyib.
“Bu ölkələrin başında Ermənistan ola bilər. Onların artıq çıxış yolu yoxdur. Ermənistan artıq gücünü itirib, əlavə güc almaq niyyətindədir. Azərbaycanı isə bura daxil edə bilərikmi, bu ayrı məsələdir. Çünki Azərbaycan artıq buradan çıxıb. Türkmənistan, Özbəkistan və Tacikistan da öz ehtiyaclarına görə bura qoşula bilər”, - deyə Lukaşenko SSRİ-nin bərpası ilə bağlı suala cavab verib.