Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı xeyli artıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq 35 ölkə tərəfindən vətəndaşlarına belə tövsiyə verilib.
Daha əvvəl yayılan məlumata görə, 20-yə yaxın ölkə hərbi münaqişə təhlükəsi ilə bağlı vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırmışdı.
Bu siyahıya Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva daxildir.
Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.