Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dubai Expo”da Azərbaycan pavilyonunu ziyarət edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, fevralın 14-də Türkiyə Prezidentinin BƏƏ-yə iki günlük rəsmi səfəri başlayacaq. Səfər zamanı Prezident Ərdoğanın “Dubai Expo”da “Türk Milli Günü”nün açılışına qatılması və iş adamları ilə görüşü planlaşdırılır.
Bundan əlavə, səfər çərçivəsində Türkiyə və BƏƏ arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə dair danışıqların aparılacağı və yeni sazişlərin imzalanacağı gözlənilir.