Modern.az

Ərdoğanın BƏƏ səfəri ilə bağlı yeni XƏBƏR

Ərdoğanın BƏƏ səfəri ilə bağlı yeni XƏBƏR

Aktual

13 Fevral 2022, 16:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyanın dəvəti ilə fevralın 14 və 15-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər bütün aspektlərdə dəyərləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.

 

İkitərəfli əlaqələrlə yanaşı, sülh və sabitliyin bərqərar olması və qorunub saxlanılması anlayışı əsasında regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

 

Səfər çərçivəsində ikitərəfli münasibətlərə mühüm töhfələr verəcək müqavilələr də imzalanacaq.

 

Türkiyə Prezidenti BƏƏ-də fevralın 15-də Türkiyə Milli Günləri çərçivəsində qeyd olunan “EXPO 2020 Dubai” Ümumdünya Sərgisində də iştirak edəcək və Türkiyənin sərgi sahəsinə baş çəkəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı