Modern.az

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

Aktual

13 Fevral 2022, 18:12

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisinə yeni köməkçi təyin edilib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) rəisi polis polkovniki Ayxan Bağırov vəzifəsindən azad olunaraq BŞBPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

 

Nazirin digər əmri ilə 29-cu PŞ-nin rəisi vəzifəsinə isə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin rəis müavini Ramin Məmmədov təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı