Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6841 yeni yoluxma faktı qeydə alınıb, 6772 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 745 169 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.
Ölkədə son sutka ərzində 17 387, hazırkı dövrədək isə 6 390 225 test aparılıb.
