Modern.az

Ərdoğan BƏƏ-də Ukraynanı müzakirə edəcək

Ərdoğan BƏƏ-də Ukraynanı müzakirə edəcək

Aktual

14 Fevral 2022, 12:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya-Ukrayna gərginliyi ilə bağlı danışıqlar aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ərdoğan özü bildirib.

 

“BƏƏ ilə ikitərəfli əlaqələrin inkişafı istiqamətində müxtəlif addımlar atılacaq. Eyni zamanda Rusiya-Ukrayna gərginliyi müzakirə olunacaq və böhranın həlli üçün addımların atılması gözlənilir”,- deyə Türkiyə lideri vurğulayıb.

 

Qeyd edək ki, bu gün Ərdoğan BƏƏ-yə rəsmi səfərə yollanır. Səfər iki gün davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı