Bu gün Almaniya kansleri Olaf Şolz Kiyevə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kansler Ukrayna Prezidenti Volodimr Zelenski ilə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparacaq.
“Bu, yeni seçilmiş Almaniya kanslerinin ilk səfəri olacaq. Kiyev, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, Şolzun fevralın 15-nə planlaşdırılan Moskva səfərindən əvvəl ölkəsinə səfər etməsi faktını müsbət qiymətləndirir”, - məlumatda deyilir.
Qeyd edək ki, kansler daha sonra Moskvaya gedəcək.