"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Aparat rəhbəri vəzifəsi ləğv edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.
Əmrə əsasən TƏBİB-də struktur dəyişikliyi edilib.
TƏBİB-in Aparat rəhbəri vəzifəsində çalışan Gündüz Əbdülov qurumda başqa vəzifəyə təyin edilməyib.