“Gələcəyə baxarkən, iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi, Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq”.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar bildirib.
“Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik. Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq. Diplomatik münasibətlərimizdə bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki, tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq. Biz hamı üçün demokratik, firavan və dinc gələcək naminə Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”, - ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.