“Luqanskayada uşaq bağçasının rusiyayönlü qüvvələr tərəfindən atəşə tutması böyük təxribatdır”.
Modern.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviter hesabında yazıb.
“Bizə atəşkəs rejiminin bütün pozuntularını qeydə almaq üçün səmərəli mexanizm lazımdır”,- Zelenski deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanı dəstəkləyən qondarma “Luqansk Xalq Respublikası”nın qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa-Luqanskaya yaşayış məntəqəsindəki uşaq bağçasına mərmi atıb. Hadisə nəticəsində bağçanın iki əməkdaşı xəsarət alıb.