Modern.az

Azərbaycan bu il 1-ci, 2016-cı ildə 2-ci peykini orbitə çıxaracaq

Azərbaycan bu il 1-ci, 2016-cı ildə 2-ci peykini orbitə çıxaracaq

Aktual

16 Yanvar 2013, 08:01

Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılmışdır ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir.

Modern.az-ın məlumatına görə, bu sözləri  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Əli Abbasovun sözlərinə görə, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatıb və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılıb. Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunub və Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılacaq. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaq. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanıb. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatıb. Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaq.
Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!