Modern.az

Serj Sərkisyan: “Qarabağ münaqişəsi artıq ölüm-dirim məsələsidir”

Serj Sərkisyan: “Qarabağ münaqişəsi artıq ölüm-dirim məsələsidir”

Aktual

16 Yanvar 2013, 12:48

Dünən Ermənistan prezidenti Serj Sərkisyanın başçılığı ilə Müdafiə Nazirliyində geniş müşavirə keçirilib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sərkisyan müşavirədə Azərbaycan Ermənistan münasibətlərinə və eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir söyləyib.

Erməni prezident Qarabağ probleminin artıq ölüm-qalım məsələsi olduğunu bildirib. Sərkisyan Qarabağ döyüşlərinə Ermənistanın qalib gəldiyini bildirərək bundan sonrakı prosesdə təhlükəsizliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qarabağın Azərbaycana qaytarılmasının mümkünsüz olduğunu bildirən Sərkisyan çıxışında daha sonra cəbhə bölgəsində atəşkəsin tez-tez pozulmasına toxunub. Ənənəvi olaraq erməni prezident çıxışında atəşkəsin pozulmasında qarşı tərəfi günahlandırıb.

Ermənistanın müharibə istəmədiyini vurğulayan Sərkisyan lazım olarsa Azərbaycana cavab verməyi bacardıqlarını deyib. Onun sözlərinə görə, Qarabağın taleyi Qarabağ xalqının əlindədir və bu beynəlxaq hüquqla da qorunur.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı