Rusiyada son 24 saat ərzində 137 642 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Antikoronavirus böhran mərkəzindən jurnalistlərə verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, infeksiyaya yoluxanların ümumi sayı 15 795 570-ə çatıb.
Son sutkada COVID-19 diaqnozu qoyulan 796 nəfər dünyasını dəyişib. Bununla da ölkədə virusdan ölənlərin sayı isə 347 816 nəfərə çatıb.
Böhran mərkəzinin məlumatına görə, yeni yoluxmaların nisbi artımı hazırda 0,88% səviyyəsindədir.
Turqay Musayev