Avropa İttifaqı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bundan əlavə, ABŞ-ın “Politico” nəşri Avropa İttifaqının “Russia Today” xəbər agentliyinin və telekanalının baş redaktoru Marqarita Simonyana, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoya qarşı da sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib.