İspaniyanın "Real Madrid" və "Barselona" komandaları arasında keçiriləcək növbəti El-Klasikonun vaxtı açıqlanıb.
Modern.az xəbər verir ki, əzəli rəqiblər martın 20-də üz-üzə gələcək.
Madriddə "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq qarşılaşma XXIX tura təsadüf edəcək.
İki komanda arasında cari mövsümün ilk hissəsində baş tutmuş görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 25 turdan sonra "Real Madrid" 57 xalla turnir cədvəlinə başçılıq edir. 24 oyun keçirmiş "Barselona" isə 42 xalla dördüncüdür.