Modern.az

Rusiyanın hücumu nəticəsində ukraynalı uşaq həlak oldu

Rusiyanın hücumu nəticəsində ukraynalı uşaq həlak oldu

Aktual

24 Fevral 2022, 13:58

Rusiyalı hərbçilərin Xarkov vilayətinin Çuquev şəhərini atəşə tutması nəticəsində partlayış və yanğın baş verib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 24-də hücum zamanı Çuquev şəhərindəki beşmərtəbəli yaşayış binasında baş verən yanğın ölümlə nəticələnib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşını gəlib. Partlayışda azyaşlı uşaq həlak olub. Yaralılar var.

Xilasedicilər yanan evdən 15 nəfər sakini təxliyə ediblər. Yanğın lokallaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı