Bu gün səhər saatlarında Rusiya qüvvələrinin Ukraynaya hərbi hücumundan sonra paytaxt Kiyevdə sakinlər şəhəri tərk etməyə çalışarkən uzun tıxac meydana gəlib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, metrolarda, avtobuslarda sıxlıq müşahidə edilib, eyni zamanda kassa və benzin üçün növbələr yaranıb.
Aşkar narahatlığa baxmayaraq, Ukrayna hökuməti insanları sakitliyə səsləyib. Həm medianı, həm də Ukrayna vətəndaşlarını aldıqları bütün məlumatları paylaşmazdan əvvəl yoxlamağa çağırıb. Həmçinin, saxta xəbərlərin ölkə üçün ən böyük təhlükələrdən biri olduğu vurğulanıb.
Ukrayna prezidentinin sözçüsü Serhiy Nykyforov deyib ki, Rusiya bu ölkədə böyük panikaya ümid edir. O, buna görə də, insanları “güclü qalmağa” çağırıb.
Turqay Musayev