Modern.az

Odessada ölənlərin sayı artdı - YENİLƏNİB

Odessada ölənlərin sayı artdı - YENİLƏNİB

Aktual

24 Fevral 2022, 19:25

Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Ölənlərdən 11 nəfəri kişi, digərləri qadınlardır. Daha altı nəfər dağıntılar altından çıxarılaraq xəstəxanasına yerləşdirilib. 

 

***

15:04

 

Rusiya hərbçilərinin endirdiyi zərbələr nəticəsində Ukraynanın Odessa viləyətində 18 mülki vətəndaş həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyası məlumat yayıb.

 

 Onlardan 8 nəfəri kişi, 10 nəfəri qadındır. Hazırda dağıntılar təmizlənir.

 

Odessa yaxınlığındakı Podolski rayonunda 6 nəfər dağıntılar altından xilas edilib və Podolski şəhər xəstəxanasına yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər