Rusiyanın Ukraynadakı hərbi əməliyyatında məqsədi Kiyevin hərbi potensialını zərərsizləşdirməkdir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, əlbəttə ki, son vaxtlar xeyli artmış hərbi potensialın zərərsizləşdirilməsi deməkdir, o cümlədən bunlar xarici dövlətlərin aktiv fəaliyyəti sayəsində olub.
Rusiyanın həyata keçirdiyi əməliyyatın öz məqsədləri var, onlara nail olmaq lazımdır. Bütün qərarlar qəbul edilib və qarşıya qoyulan məqsədlərə nail olunacaq”, - deyə Peskov bildirib.