Modern.az

Belarus da hava məkanını bağlayır

Belarus da hava məkanını bağlayır

Aktual

24 Fevral 2022, 15:31

Belarus hakimiyyəti ölkənin hava məkanını qismən bağlamaq qərarına gəlib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkəin Müdafiə Nazirliyi məlumat verib.
 

“Hava məkanından istifadənin təhlükəsizliyini təmin etmək məqsədilə Silahlı Qüvvələrin Baş Qərargahı saat 12:00-dan etibarən Belarus Respublikasının bəzi hava məkanlarının bağlanması barədə qərar qəbul edib. Qərar 24 fevral 2022-ci il tarixindən Vısokoye, Baranoviç, Osipoviç, Kriçev  ərazilərindəki mülki uçuşlara şamil olunur”.

 

Qeyd edək ki, məhdudiyyətlər 0-dan 19 800 metrə qədər olan yüksəkliklərə aiddir.

 

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı