Modern.az

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başa çatdı

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başa çatdı

Aktual

24 Fevral 2022, 15:53

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün marşal qeydiyyat proqramını başa vurub.

 

BŞH-dan Modern.az-a verilən məlumata görə, yanvarın 10-dan etibarən başlayan seçimlərdə 3000-ə yaxın şəxs qeydiyyatdan keçib.

 

Müsahibə mərhələsi isə fevralın 20-də yekunlaşıb. Artıq 440-a yaxın namizəd müsahibə mərhələsinə qatılıb. Müraciətlər arasında yerli namizədlərin sayi 2300-ə çatıb, onlardan 950-si əvvəlki yarışlarda iştirak etmiş marşallardır. Xarici ölkələrdən 360 müraciət daxil olub.

 

Martdan etibarən marşalların təlimlərinə start veriləcək. Təlimlər hər şənbə və bazar günləri Avropa Oyunları Parkında yerləşən Marşal tədris-təlim mərkəzində baş tutacaq. Bu prosesin iyunadək davam etməsi nəzərdə tutulur.

 

Azərbaycan Qran-prisi üçün marşal fəaliyyətini uğurla başa çatdırmış şəxslərə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) beynəlxalq lisenziyası təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin "Formula 1" Qran-prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

 

Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı