Modern.az

Putin Ukraynadakı əməliyyatın müddətilə bağlı qərar verəcək

Putin Ukraynadakı əməliyyatın müddətilə bağlı qərar verəcək

Aktual

24 Fevral 2022, 16:08

Rusiya Ukraynaya hücumunu hansı şərtlər çərçivəsində dayandıracağını açıqlayıb.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Peskov deyib ki, əməliyyatın öz məqsədləri var və bu məqsədlərə çatmaq lazımdır:

 

"Rusiyanın Ukraynadakı əməliyyatın müddətini Prezident müəyyənləşdirəcək”.

 

Onun sözlərinə görə, Rusiyanın hərbi əməliyyatının məqsədi Ukraynanın silahsızlaşdırılması və denazifikasiyasıdır.

 

O, həmçinin Putin və Zelenski arasında danışıqların mümkün olacağını istisna etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər