Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan daha bir yüksək çinli hərbçi ilə bağlı sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, Armen Aruşanyan Ermənistan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının rəisi - idarə rəisi vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, bundan əvvəl Artak Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilib.