Modern.az

Yoluxan 2 min nəfər "buster" doza vurdurub

Yoluxan 2 min nəfər "buster" doza vurdurub

Aktual

24 Fevral 2022, 16:35

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza vaksin vurduranların sayı 2 623 773, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 741 təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər