“Təcavüzkar ölkə Rusiya Ukraynaya hücum edərək iki məqsəd güdür. Bunlar ərazilərin ələ keçirilməsi və ali siyasi rəhbərliyin aradan götürülməsidir. Beləliklə, Rusiya Federasiyası dövlətimizin daxilində çaxnaşma salmaq istəyir”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
“Rusların taktikası tamamilə başa düşüləndir. Onlar Ukraynanın bir hissəsini işğal etmək istəyirlər. Rus təcavüzkarı Ukraynanın bir sıra iri şəhərlərində: ilk növbədə Xarkov və Kiyevdə vəziyyəti sabitsizləşdirməyə cəhd edib. Rusların əsas vəzifəsi indi artıq bəllidir, ölkənin ali rəhbərliyini uzaqlaşdırmaq, maksimum panika yaratmaqdır”,- Podolyak vurğulayıb.