Modern.az

UEFA Rusiyanı cəzalandırır: növbədənkənar iclas çağırıldı

UEFA Rusiyanı cəzalandırır: növbədənkənar iclas çağırıldı

Aktual

24 Fevral 2022, 17:04

Rusiya Ukraynaya qarşı müharibəyə başladığına görə iqtisadi sanksiyalarla yanaşı, idman sshəsində də cəzalandırılır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sabah UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və geosiyasi böhran müzakirə olunacaq.

İclas Çempionlar Liqasının mayın 28-də keçirilməsi planlaşdırılan final oyununun Rusiyanın Sankt-Peterburq şəhərindən geri alınması barədə qərarı təsdiq edəcək.

"Son 24 saat ərzində Rusiya və Ukrayna arasında vəziyyətin inkişafını nəzərə alaraq, UEFA prezidenti vəziyyəti qiymətləndirmək və bütün lazımi qərarları qəbul etmək üçün İcraiyyə Komitəsinin növbədənkənar iclasını çağırmaq qərarına gəlib", - UEFA-nın bəyanatında deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı