Modern.az

Litvada fövqəladə vəziyyət elan edildi

Litvada fövqəladə vəziyyət elan edildi

Aktual

24 Fevral 2022, 17:12

Litva prezidenti ölkədə fövqəladə vəziyyət elan edib.

 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prezident Gitanas Nauseda deyib ki, o, Rusiya və Belarusda toplanan böyük hərbi qüvvələr səbəbindən mümkün iğtişaşlar və təxribatlara cavab olaraq müdafiə məqsədilə sərhədə əlavə ordu göndərməyi planlaşdırır.

 

Bundan başqa Rusiya ilə həmsərhəd olan Estoniyanın baş naziri Kaja Kallas BBC News-a deyib ki, Ukraynaya istər siyasi, istərsə də silah göndərməklə əllərindən gələn bütün vasitələrlə kömək edəcələr.

 

Kallas, həmçinin bildirib ki, təcavüzün genişlənməməsi üçün Aİ və NATO səviyyəsində addımlar atılacaq.

 

O, estoniyalılara sakit olmağı tövsiyə edib və deyib ki, hazırda Estoniya sərhədlərində heç bir təhlükə yoxdur.


Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı