Modern.az

Rusiya diversantları Kiyevdə peyda ola bilər - RƏSMİ

Rusiya diversantları Kiyevdə peyda ola bilər - RƏSMİ

Aktual

24 Fevral 2022, 17:30

Rusiya diversantları Kiyevdəki hökumət məhəlləsinə soxula bilər.

Modern.az xəbər verir ki, Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bugünkü brifinqdə deyib.

"Qostomeldə şiddətli döyüşlər gedir və hökumət məhəlləsinə (Kiyev) soxulmaq cəhdi mümkündür. Məqsədlərdən biri Ukraynanın ali rəhbərliyini devirməkdir", - Podolyak deyib.

Bu səbəbdən o, jurnalistləri redaksiyalarına gedib, oradan işləməyə çağırıb:

"Rusiya Federasiyası indi heç bir danışıq aparmaq fikrində deyil, onlar ölümcül qərar veriblər və həyata keçirməyə çalışacaqlar. Onlar əllərindən gələni edəcəklər ki, bizə ziyan vursunlar və bəzi məqsədlərinə çatsınlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı