Belarus ərazisindən Ukraynaya 4 ballistik raket atılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı "Facebook" səhifəsində məlumat yayıb.
"Belarus Respublikası ərazisindən cənub-qərb istiqamətində dörd ballistik raket buraxılıb", - Zalujnı qeyd edib.
O itkilərin olub-olmamasını açıqlamayıb.