Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar eyni zamanda Belarusa da tətbiq olunacaq.
Qərara əsasən, Rusiyanın bütün banklarının İngiltərə banklarındakı əməliyyatları dondurulacaq və valyuta satılmayacaq.
Hazırda Rusiyanın "SWIFT"dən çıxarılması da müzakirə olunur.