Modern.az

Conson rusiyalı zənginləri "qara siyahı"ya saldı

Conson rusiyalı zənginləri

Aktual

24 Fevral 2022, 23:00

Britaniya hakimiyyəti Rusiyanın Ukrayna ərazisinə hücumu ilə əlaqədar beş rusiyalıya qarşı şəxsi sanksiyalar tətbiq edib.


Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yenilənmiş sanksiyalar siyahısında qeyd olunub.

 

Böyük Britaniyaya girişin qadağan edilməsi və bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər Rusiyanın Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikovun oğlu - VTB-nin prezidentinin müavini, İdarə Heyətinin sədri Denis Bortnikov, “Promsvyazbank”ın sədri Pyotr Fradkov, “Sibur”un İdarə Heyətinin üzvü Kirill Şamalov, Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar və “Novikombank”ın İdarə Heyətinin sədri Yelena Qeorqiyevaya qarşı tətbiq edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı